Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazanlar

"Bu gün Bakının, Azərbaycan paytaxtının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümüdür". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar: "Azərbaycan Xalq Cümhüriyyətinin varisi olan Azərbaycan Respublikası isə Bakını dünyanın ən gözəl şəhərlərindən birinə, Azərbaycan ordusunu dünyanın ən qəhrəman ordusuna, Azərbaycan-Türkiyə qarsaşlığını isə "Bir millət - iki dövlət" səviyyəsinə qaldırıb, düşmənlərimizi darmadağln edib!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31