Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşdü

Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən Olaylar.az-a verilən məlumata görə səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirakı planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31