Sabah parlament komitəsinin iclası keçiriləcək
14 Sentyabr 2021 14:15 SiyasətSentyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1.Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat. 2.Komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi. 3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "İcra haqqında", "Banklar haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).