Prezident onu vəzifəsindən azad etdi
14 Sentyabr 2021 14:05 SiyasətPrezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, yeni sərəncamla o, Cəlilabadın yeni icra başçısı təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31