“Vəhşi bir qəbilənin gördüyü işlərin şahidi olmaq istəyənlər...”
14 Sentyabr 2021 10:38 Siyasət"Xudafərin körpüsünü uzun illərdən sonra yenidən görmək nəsib oldu. Digər rayonlarımızda olduğu kimi, Cəbrayıl ərazisində də işğalçı ölkə salamat bir bina saxlamayıb, hər şeyi yer üzündən silib". "Olaylar" xəbər verir ki, bunu deyən mllət vəkili Musa Qasımovun sözlərinə görə, hətta dəmiryol relsləri, elektrik dirəkləri yoxdur, sökülüb daşınıb: "Vəhşi bir qəbilənin gördüyü işlərin şahidi olmaq istəyənlər işğaldan azad olunmuş ərazilərimizi gözləri ilə görməlidir. Video və fotoşəkillər yerində görməyin təsirini vermir. Bərpa olunası heç nə yoxdur. Hər şey yenidən tikilməli, dirçəldilməlidir. Bundan ötrü ilk növbədə, torpaqlarımız ANAMA tərəfindən minalardan təmizlənir. Ərazilərimizin dirçəldilməsindən ötrü milyardlarla manat vəsait, işçi qüvvəsi, ən başlıcası, zaman, milli birliyimiz və dövlətimizin güclü olması gərəkdir".