Hikmət Hacıyev İran səfiri ilə MÜZAKİRƏ APARDI
14 Sentyabr 2021 08:22 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bununla bağlı Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.
"Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik", - deyə H.Hacıyev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31