Erməni deputat: “Azərbaycanlılar istənilən vaxt Qafanı Ermənistandan ayıra bilər”
14 Sentyabr 2021 08:25 Siyasət"Hazırda Ermənstanın Zəngəzurdan vacib problemi yoxdur".
Correct.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Zənzəgurun keçmiş qubernatoru, "Ermənistan" fraksiyasından deputat Vaqe Akopyan deyib.
Onun sözlərinə görə, Qaragöl və Qafan istiqamətində vəziyyət təhlükəlidir.
"Qaragöl ətrafında Azərbaycan hərbçiləri qışa hazırlaşır və fundamental müdafiə sədləri inşa edir. Azərbaycan tərəfi istənilən an Qafanı Ermənistandan ayıra bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31