Putin koronavirusla bağlı karantinə alınacağını istisna etmədi
13 Sentyabr 2021 21:33 SiyasətVladimir Putin Kremldə Paralimpiya komandasının üzvləri ilə görüşdə koronavirusla əlaqədar olaraq karantinə alınacağını istisna etmədi.
RİA-Novosti xəbər verir ki, Putin idmançılarla görüşdə bunları deyib:
"Mənim mühitimdə də koronavirusla bağlı problemlər yaranır. Həqiqətən də nələrin baş verdiyini anlamalıyıq. Düşünürəm ki, tezliklə özüm karantinə alınmalı olacağam. Ətrafda çox adam xəstələnir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31