Təslim olan terrorçuların sayı 144-ə çatıb

Türkiyə Daxili İşlər Nazirliyi daha bir terrorçunun razılaşma yolu ilə təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Jandarma baş komandanlığı, Baş Polis idarəsi tərəfindən keçirilən razılaşma cəhdləri nəticəsində  PKK terror qruplaşmasının daha bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Razılaşma cəhdləri nəticəsində 2021-ci ildə təslim olan  terror təşkilatı üzvlərinin sayı 144-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31