İraqın şimalında terrorçular məhv edilir

İraqın şimalındakı Pəncə-Şimşek bölgəsində aşkar edilən PKK-lı terrorçulardan ikisi zərərsizləşdirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi öz rəsmi tvitter hesabında açıqlama yayıb.

Nazirliyin məlumatında bildirilib ki, " Məhmədciyin nəfəsi terrorçuların yaxasında! Şimali İraqın Pəncə  Şimşək bölgəsində iki PKK-lı  terrorçu zərərsizləşdirilib. Biz bundan sonra da terrorçuların məskənlərinə girib, sığınacaqlarını yerlə-bir etməyə davam edəcəyik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31