Ermənistan müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, Karapetyan bu gün Rusiya və Belarusun Silahlı Qüvvələri arasında keçirilən birgə "Qərb-2021" təlimlərinin keçirildiyi Nijqorod vilayətini ziyarət edəcək.

Bununla yanaşı, A. Karapetyan sentyabrın 15-dən 16-na kimi Tacikistanın paytaxtı Düşənbə şəhərində də səfərdə olacaq. Onun burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə iclasında iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31