“İran açıq şəkildə erməniləri müdafiə edib” - Sabir Rüstəmxanlı

İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsilə bağlı yeni faktlar aşkarlanıb. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib ki,  Azərbaycan və Ermənistan arasında münaqişədə İran açıq şəkildə erməniləri müdafiə edib: "İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil. Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz. Ermənilər bizim bəzi mülkləri İrana satırdı. Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib. Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik. Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31