Xarici nümayəndə heyəti İmarət kompleksini ziyarət edib - FOTO
11 Sentyabr 2021 14:55 SiyasətTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri davam edir.
Olaylar.az trend-ə istinadən bildirir ki, səfər iştirakçıları ilk olaraq, Pənahəli xanın İmarət kompleksini ziyarət ediblər. Qonaqları Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Nümayəndə heyəti erməni vandallığına məruz qalmış İmarət kompleksi, dağıdılmış türbələr və məzarlara baxış keçiriblər. Bu abidələr haqqında onlara ətraflı məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31