Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədova YAP-da yeni vəzifə verildi
10 Sentyabr 2021 16:54 SiyasətHacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının tərkibinə daxil edilib.
Olaylar.az trendə istinadən xəbər verir ki, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.
Onlar Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) daxil edilib.
Qeyd edək ki, İdarə Heyətinin iclasında T.Əhmədov partiyanın Yasamal rayon təşkilatının sədrliyinə yenidən namizəd olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31