Rusiya 10 noyabr Bəyannaməsinə əməl etmir
10 Sentyabr 2021 12:17 SiyasətAzərbaycan 44 günlük Vətən müharibəsinin başlaması və tarixi Zəfər qazanmasının ildönümü ərəfəsindədir. Keçən ilin 27 sentyabrında başlayan və Azərbaycanın tarixi qələbəsi, torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibə işğalçı Ermənistanın kapitulyasiyaya getmıəsi və Rusiyanın vasitəçiliyi ilə 3 Azərbaycanla bəyanat imzalaması ilə nəticələndi. 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq tarixən işğalçılıq missiyası ilə manevrlər edən, parçala, böl siyasəti həyata keçirən Rusiya bölgəyə öz "sülhməramlılar"ını sıraya bildi. Əslində tərəflər arasında barışıq mühiti yaratmaq, mübahisəli məsələləri həll etmək məqsədilə regiona sülhməramlı missiyanın yerinə yetirilməsi normal hal sayıla bilər. Ancaq bu missiyanın məhz Rusiya tərəfindən, özü də təkbaşına yerinə yetirilməsi heç də normal qəbul oluna bilməz. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Rusiyanın işğalçılıq xisləti hələ də üzdədir və Kreml istənilən formada region əlində saxlamaq, lazım gəldikdə hətta bu regionda gərginlik yaratmaqda maraqlıdır. Eyni zamanda bu istiqamətdə addımlar atır. Necə ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları daha çox işğalçılıq siyasəti həyata keçirmək, süıh yaratmaq deyil, bölgədə gərginliyə rəvac vermək üçün çalışır. Kifayət qədər fakt göstərmək olar. Birincisi, 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının sayı 1960 olaraq müəyyən edilib. Ancaq aradan keçən bir ilə yaxın müddətdə biz nəyi müşahidə edirik? Rusiya yuxarıda söylədiyimiz kimi öz işğalçılıq siyasətinə sadiq qalaraq Qarabağda sülhməramlı adı ilə hərbiçilərinin sayını az qala 10 minə çatdırıb. Artıq Rusiyanın demək olar ki, bütün nazirliklərinin fövqəladə hallar, səhiyyə, müdafiə nazirliklərinin qurumları qeyri-rəsmi olaraq Qarabağda mövcuddur. Bu isə o deməkdir ki, Rusiya Qarabağı işğal planı üzərində işləyir.
Digər bir fakt. Bölgədə sülh yaratma missiyasını həyata keçirməli olan Rusiya sülhməramlıları açıq-aşkar erməni gənclərini gələcək üçün döyüşə hazırlayır, onlara müntəzəm olaraq təlim keçir. Ən biabırçı vəziyyət ondan ibarətdir ki, Rusiyanın Müdafiə Nazirliyi də bunu öz saytında xəbər olaraq paylaşır və prosesin bundan sonra da davam edəcəyini utanmadan bəyan edir.
Təkcə bu iki faktı söyləmək kifayət edir ki, Rusiyanın 10 noyabr bəyanatına əməl etmədiyini təsdiqləyək. Əgər tərəflər arasında sülhə çağırış edən, sözügedən bəyanatın imzalanmasını israr edən əsas tərəf, Rusiya öz imzasına hörmət edib ona əməl etmirsə, o halda işğalçı Ermənistandan 10 noyabr bəyanatına əməl etməyi gözləmək sadəlövhlük olardı. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O deyib ki, 10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq Rusiya tərəfi konkret olaraq öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir. Politoloq hesab edir ki, bu da yeni lokal toqquşamlara yol açır: "Halbuki, bütün əməliyyatlar bitməli idi. Həmçinin birtərəfli olaraq "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar. Rusiya bununla neytrallağını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın hərərkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Qarabağa Abxaziyada separtizmə dəstək verən General Mixail Kosobokovu komandan təyin edib: "Təbii ki, bu, erməni separtizminin dəstəklənməsinə və bundan sonra daha da intensiv olaraq Qarabağda Rusiya hərbiçilərinin taktiki döyüş təlimlərinin keçirilməsinə gətirib çıxaracaq. Həmçinin silahlı erməni təxribatlarına rəvac verəcək". Politoloq onu da deyib ki, Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək. Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq: "Ümumiyyətlə, Rusiya 10 noyanbr Birgə Bəyannaməsinin 4-cü bəndini yerinə yetirərsə, belə bir siyasi-hərbi qarşıdurmaya ehtiyac olmaz. Rusiyanın bu fəaliyyti Türkiyənin də regional siyasətini təhdid edir. Ona görə də Rusiya separtizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlara bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə Rusiyaya bu addımı ilə geriçəkilməyəcəyinivə daha da irəli gedəcəyini mesajını verdi. Baş verəcək probelmlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq".
Füzuli