Ramiz Göyüşovu əvəzləyən şəxs kimdir?
10 Sentyabr 2021 12:08 SiyasətYeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri postuna namizəd olan Vüsar İsmayılov məmurdur.
Olaylar.az xəbər verir ki, o, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Vüsar İsmayılov 2008-ci ildən bu vəzifədədir. O, həm də YAP Binəqədi rayon təşkilatının sədr müavini vəzifəsini daşıyır.
YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun bu gün partiya sıralarından çıxaracağı gözlənilir. Buna səbəb onun sosial şəbəkələrdə görüntülərinin yayılmasıdır. YAP-dan baş verənlərlə bağlı yayılan açıqlamada Ramiz Göyüşovun partiya sıralarından çıxarılacağı bildirilirdi. (qaynarinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31