“Rusiya10 noyabr razılaşmalarının həyata keçirilməsində maraqlı deyil”- POLİTOLOQ

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağda bundan sonrakı fəaliyyətində hərhansı bir müsbət tendensiyalar olmayacaq. Əgər, sülhməramlı qüvvələr neytral mövqe tutacaqlarsa, Qarabagda ermənilər bu ərazini tərk edəcək. Rusiya məhz 10 noyabr razılaşmalarının həyata keçirilməsində ona görə maraqlı deyil. Əgər, bu öhdəliklər yerinə yetirilərsə, Rusiya sülhməramlı qüvvələrinə qarşı ermənilərin mənfi fəaliyyəti biruzə verəcək. Məhz Rusiya Qarabağda sülhün və təhlükəsizliyin ona görə təminində maraq deyil". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq  Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Qarabağda Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər davam edəcək: "Azərbaycan Türkiyə ilə Qarabağda ona görə də təlimlərə başlayıb. Rusiya açıq şəkildə Qarabağda anti-azərbaycan siyasətini davam etdirir. Amma, baş verən proseslər Azərbaycanın leyhinə reallaşır. Rusiya tərəfi Qarabağda daha da ağır silahlar və şəxsi həyta yerləşdirilməsinə gedəcək. Demək olar ki, burda sülhməramlı kimi deyil, birbaşa Azərbaycan və Ermənistana təzyiq etmək üçün hərbi baza kimi istifadə etməyə çalışacaq. Dörd ildən sonra bütün fəaliyyət Rusiyanın buradan çıxmasına çalışmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31