Əfqanıstanda qalan son yəhudinin TALEYİ NECƏ OLDU?
9 Sentyabr 2021 11:41 SiyasətƏfqanıstanda qalan sonuncu yəhudi, 62 yaşlı Zebulon Simantovun taleyinə aydınlıq gəlib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, İsrailin "Kan" radiostansiyasının məlumatına görə, o, təxliyə əməliyyatlarının aparıldığı bir vaxtda ölkəni tərk edib.
Simantovun şəxsi xeyriyyə təşkilatının yardımı ilə Əfqanıstandan çıxarıldığı bildirilib. Onu xüsusi mühafizə dəstəsi müşayət edib.
Yəhudinin ABŞ-a, ailəsinin yanına yollandığı qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31