Paşinyan həm İranla münasibətləri qorumaq, həm də “alternativ”lərlə əlaqəni gücləndirmək istəyir

"Nikol Paşinyanın hökumətin iclasındakı çıxışında üç fikri diqqət çəkdi: Zəngəzur dəhlizinin açılmasına hazırdırlar; Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istəyirlər; Sərhədin demarkasiyası vacibdir: yəni Ermənistan buna da hazırdır". :Olaylar" xəbər verir ki, bunu deyən politoloq Asif Nərimanlının sözlərinə  görə, Ermənistan baş nazirinin sözləri son proseslər fonunda da maraqlıdır: "Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini açıqlamışdı; sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi; sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib.  Bütün bunlar Azərbaycanın istəklərinin icra edilməsi prosesində irəliləyişin olacağı gözləntisini artırır və istisna deyil ki, bunda Ankaranın İrəvana göndərdiyi "müsbət siqnallar"ın da rolu var. Hərçənd, Paşinyanın İrana, ardınca Gürcüstana səfərinin arxasında Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılması cəhdi də var: daha çox Tehranın planı olan belə bir alternativin baş tutması olduqca çətindir, Nikol da bunu anlayır, lakin həm İranla münasibətləri qorumaq, həm də "alternativ"lərlə əlaqəni gücləndirmək istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31