"Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırıq." PAŞİNYAN
8 Sentyabr 2021 13:14 SiyasətTürkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırıq.
Olaylar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Ermənistanla münasibətlərin nizamlanması imkanlarını şərh edib:
"Bu bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının müzakirəsi, avtomobil və dəmir yolları əlaqələrinin bərpası imkanlarını görürük. Biz daha geniş kontekstə keçəcək belə danışığa hazırıq".
Bildirilir ki , o, regionda sülh və stabilliyin Ermənistan hakimiyyətinin uzunmüddətli strategiyası olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31