Deputat komitə iclasında hansı təkliflə çıxış edib?
8 Sentyabr 2021 11:55 SiyasətBu gün Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası ərəfəsində ilk iclası keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Musa Qasımlı iclasda maraqlı təkliflə çıxış edib: "İki ay əvvəl bir qrup vətənpərvər gənc mənimlə görüşərək "Azərbaycanın tarixi, mədəni, milli irsinin öyrənilməsi, tanıdılması, qorunması və yaşadılması naminə Azərbaycan vətəndaşı olmayan, lakin ana dilimizi bilən, xalqımızın milli kimliyinin bir parçası olan dəyərləri öyrənmək və tərənnüm etmək istəyən insanların təhsil imkanını asanlaşdırmaq"dan ötrü təhsil haqqında qanuna əlavə və dəyişiklik edilməsi barədə iclaslarda məsələ qaldırmağımı xahiş etmişdilər. Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında gənclərlə görüş və müvafiq təklif haqqında məlumat verdim".