“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarını səmimi qəbul etmirəm” DEPUTAT
8 Sentyabr 2021 11:25 Siyasət"Ermənistan tərəfinin Rusiya ilə birlikdə status məsələsini qabartdığını müşahidə edirik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl Ermənistan Xarici İşlər naziri rusiyalı həmkarı ilə görüşdə sülh müqaviləsi ilə bağlı bildirdi ki, bu istiqamətdə heç bir danışıq aparılmır: "Ona görə də, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarını səmimi qəbul etmirəm. Düşünürəm ki, Ermənistanın bu istiqamətdə addımlar atmaq istəyi inandırıcı deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31