Rüstəm Muradovun yerinə Kosobokovun təyin olunacağı iddia olunur

Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə ən real namizəd general-mayor Mixail Kosobokovdur.

Olaylar.az erməni  mediasına istinadən xəbər verir ki,Rüstəm Muradovun Cənub Hərbi Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyevi rotasiya qaydasında əvəz edəcəyi barədə məlumatlar ortaya çıxıb.

Mixail Kosobokov 58-ci Cənub Hərbi Dairəsində komandir müavini vəzifəsində çalışıb. O, bir vaxtlar Abxaziyadakı Rusiya hərbi bazasına komandanlıq edib.

Xatırladaq ki, may ayında Qarabağda sülhməramlı missiyasını başa vuran Rüstəm Muradovun Cənub Hərbi Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyevi rotasiya qaydasında əvəz edəcəyi barədə məlumatlar ortaya çıxmışdı. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən erməni təxribatlarından sonra Muradov postunda qaldı.

Ötən gün isə Muradovun səlahiyyətlərini başa vurduğu elan edildi. Onun A.Avdeyevlə əvəzlənəcəyi haqda məlumatlar vaxtaşırı gündəmə gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31