Kremldən TƏLƏB ETMƏK LAZIMDIR

"Rusiya "imperiya siyasətindən" heç vaxt əl çəkməyib. Torpaqlarımızı bölüb Ermənistana verən, 100 minlərlə azərbaycanlı ailələrini indiki Ermənistan hesab edilən ərazilərdən, doğma yurdlarından sürgün etmək bu çirkin siyasətin görünən tərəfləridir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli səsləndirib. Sabiq deputat qeyd edib ki, Qarabağı da Azərbaycandan tam qoparmaq istəyir: "Bunun qarşısını ancaq güclü ordu, böyük güclərlə koalisiya şəklində hərəkət etməklə, eyni zamanda ölkə daxilində şəffaf, demokratik idarəetmə yaratmaq, xalqdan ciddi dəstək almaqla hakimiyyət almalıdır. Rusiyanın "sülhməramlıları" adı altında fəaliyyət göstərən işğalçı qüvvələrinin "online verilmiş mandatlarına" riayət etmələrini Kremldən tələb etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31