Vladimir Poznerdən ŞOK AÇIQLAMA
6 Sentyabr 2021 16:57 SiyasətJurnalist və teleaparıcı Vladimir Pozner tarixdə "Rusiyanın gələcək əsrlər boyu inkişafına təsir edən taleyüklü bir hadisənin olub-olmaması" sualına cavab verib.
Olaylar.az xəbər verir ki, bu barədə yazı Poznerin rəsmi saytında dərc edilib.
"Bəli, inanıram ki, Rusiya hər şeyi təyin edən belə bir yol ayrıcında idi. İnanıram ki, knyaz Vladimir katolikliyi, yəhudiliyi və islamı deyil, pravoslavlığı qəbul etməklə Rusiyanın, onun milli xarakterinin inkişafını təyin etdi", - deyə Pozner bildirib.
Bildirilir ki, I Vladimir Svyatoslaviç 988-ci ildə xristianlığı Kiyev Knyazlığının dövlət dini elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31