Taliban bu dövlətləri GÖRÜŞƏ DƏVƏT ETDİ

Yeni kabinetin tərkibinin açıqlanması üçün lazımi prosedurların tamamlandığı bildirilib.

Olaylar.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Cəzirə telekanalının verdiyi məlumata əsasən, Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban , bir çox ölkələri, o cümlədən Rusiyanı, yeni Əfqanıstan hökumətinin tərkibinin açıqlanmasına həsr olunmuş tədbirə dəvət edib.

Telekanalın verdiyi məlumatda,"Yeni Əfqanıstan hökumətinin elan edilməsi mərasimində iştirak etmək üçün Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətərə dəvətnamələr göndərdik"-deyə bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31