DSX-nin yeni mətbuat katibi təyin olunmayıb - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.

Olaylar.az xəbər verir ki, bunu  Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.

Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: "Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31