Türkiyədə bu il 94 915 qanunsuz miqrant saxlanılıb

Türkiyədə il ərzində 95 minə yaxın qanunsuz miqrant saxlanılıb. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini İsmail Çataklı aylıq mətbuat konfransında bildirib."Hazırda yeni böyük bir miqrant axınından söhbət getmir. Anormal artım iddiaları rəqəmlərdə görünmür. 2020-ci ildə 122 min qanunsuz miqrantın Türkiyəyə daxil olmasının qarşısını almışıq. İl başlayandan bəri isə 94 915 qanunsuz miqrant saxlanılıb", - o qeyd edib.Nazir müavini deyib ki, bunlardan 40 098 nəfəri Əfqanıstan əsilli miqrantlar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31