Deputatın oğlu yeni vəzifəyə təyin olundu
6 Sentyabr 2021 12:19 SiyasətMilli Məclisin deputatı İmamverdi İsmayılovun oğlu Hesablama Palatasında vəzifəyə təyin olunub.
Olaylar.az xəbər verir ki, uzun müddətdir Hesablama Palatasında çalışan İbiş İbişzadə bu qurumda Protokol xidməti və təşkilati işlər sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Məlumata görə, İ.İbişzadə artıq 1 aya yaxındır bu vəzifədə çalışır.
Məsələni dəqiqləşdirmək üçün deputat İ.İsmayılovla əlaqə saxlamağa çalışsaq da, onunla danışa bilmədik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31