Türkiyə ordusu terrorçulara MEYDAN OXUYUR
İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.
4 Sentyabr 2021 13:53 Siyasətİraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsində hava əməliyyatları zamanı 7 terrorçu zərərsizləşdirilib. Aviazərbələr nəticəsində terrorçu təşkilatının sui-qəsd məktəbindən və xarici əlaqələrdən məsul şəxslərinin zərərsizləşdirildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31