Parlamentin Elm və təhsil komitəsi payız sessiyasında iki layihəni MÜZAKİRƏ EDƏCƏK

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planı məlum olub

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planı məlum olub.

Olaylar.az xəbər verir ki, tend-in məlumatına görə, komitənin işlər planına iki yeni qanun layihəsi - "Ali təhsil haqqında " və "Vətənpərvərlik tərbiyəsi haqqında" - daxil edilib.

İşlər planına həmçinin komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması və komitədə müzakirəsinə dair məsələlərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31