"Qazaxıstanda hər şeyi ruslar qurub"- JİRİNOVSKİ

“Bizə qışqırırlar ki, “ruslar donuzdurlar” və ya rusların Qazaxıstanı qurmaq barədə sözlərdən imtina etməyə məcbur edirlər. Mən deyirəm ki, ruslar Qazaxıstanın bütün şəhərlərini, zavodlarını, fabriklərini, unversitetlərini, muzeylərini qurublar. Hamısını! Onlar çöllərdə idilər, onlar köçəri idilər”, – deyə o bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə  Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Bizə qışqırırlar ki, "ruslar donuzdurlar" və ya rusların Qazaxıstanı qurmaq barədə sözlərdən imtina etməyə məcbur edirlər. Mən deyirəm ki, ruslar Qazaxıstanın bütün şəhərlərini, zavodlarını, fabriklərini, unversitetlərini, muzeylərini qurublar. Hamısını! Onlar çöllərdə idilər, onlar köçəri idilər", - deyə o bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda geridə qalmış bölgələrdəki insanlardan yeni Taliban yaradılacaq. O, ruslarla Qazaxıstanda mübarizənin əvvəllər səssiz aparıldığını, amma bu prosesin zamanla güclənib, daha sərt formaya keçəcəyini bildirib.

Jirinovskinin bəyanatına artıq Qazaxıstan Prezident Administrasiyasının rəhbərinin müavini Dauren Abayev reaksiya verib. O, Jirinovskini ciddi qəbul etməmək lazım olduğunu bildirib.

Bildirilir ki, son günlər Qazaxıstanla bağlı məsələ Rusiya mətbuatının gündəmindən düşmür. Belə ki, mətbuat Qazaxıstanda guya qazaxların ruslara qarşı təqiblərə başladığı haqda informasiyalar yayır. Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev isə rus dilinə qarşı təqiblərin qəbuledilməz olduğunu, amma qazax dilinin öyrənilməsi gərəkdiyini deyib.

Bu, Rusiya ilə Qazaxıstan arasında ilk gərginlik deyil. Bir neçə ay öncə Jirinovskinin bəyanatına oxşar açıqlamanı rus deputatlar vermişdilər. Onlar Qazaxıstanın şimal torpaqlarının Rusiyanın olduğunu söyləmiş, Qazaxıstan rəsmilərindən buna sərt reaksiya gəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31