Milli Məclisin deputatı MACARISTANA SƏFƏR EDƏCƏK
Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.
3 Sentyabr 2021 14:50 SiyasətMilli Məclisin deputatı Kamal Cəfərov "Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu"nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.
Macarıstan Milli Assambleyasının təşkil etdiyi tədbirə Amerika, Avropa, Asiya, Afrika qitələrindəki bir sıra dövlətlərin nümayəndələri qatılacaqlar. Deputatımız forumda "Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə" mövzusunda məruzə ilə çıxış edəcək. Səfər sentyabrın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31