Molla Baradar yeni Əfqanıstan hökumətinə rəhbərlik edəcək
Taliban hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar Əfqanıstanın yeni hökumətinə rəhbərlik edəcək .
3 Sentyabr 2021 14:39 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki bu barədə" Reuters " in Taliban mənbələrinə əsasən verdiyi məlumata görə, bildirilir ki, Taliban hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar Əfqanıstanın yeni hökumətinə rəhbərlik edəcək .
Mənbədən alınan məlumatlara əsasən, Talibanın ilk lideri Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub və Talibanın Dohadakı nümayəndəsi Məhəmməd Abbas Stanekzai hökumətdə yüksək vəzifələr tutacaq.
Qeyd edilib ki, ABŞ Əfqanıstandakı qoşunlarını geri çəkmək planlarını açıqladıqdan sonra, Taliban ölkəni nəzarət altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. 15 avqustda Taliban döyüşçüləri heç bir müqavimət görmədən Kabilə girdi və Əfqanıstan Prezidenti Əşrəf Qani istefa edərək ölkəni tərk etdi. ABŞ əsgərləri, Əfqanıstanda 20 illik mövcudluğuna son qoyaraq, avqust ayının 31-i səhər saatlarında təxliyyə prosesini tamamladı.