Almaniyadan Özbəkistana humanitar yardım
Almaniyadan Özbəkistana COVID-19-un müalicəsi üçün humanitar yardım kimi 20,6 milyon avro dəyərində kombinasiya edilmiş “Kazirivimab/İmdevimab” dərman preparatı göndərilib.
3 Sentyabr 2021 14:25 SiyasətAlmaniyadan Özbəkistana COVID-19-un müalicəsi üçün humanitar yardım kimi 20,6 milyon avro dəyərində kombinasiya edilmiş "Kazirivimab/İmdevimab" dərman preparatı göndərilib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin "Roche" əczaçılıq şirkəti tərəfindən hazırlanan dərman preparatı özündə COVID-19-a qarşı süni "antitek kokteyli" formalaşdırır və virusun yeni ştamlarına davamlılığı ilə fərqlənir.
Məlumatda deyilir ki, bu preparatın köməyi ilə ağır formada müalicə müəssisələrinə yerləşdirilmiş xəstələrin ölüm sayını 70 faiz azalır, pasiyentlərin xəstəxanalarda qalma müddətini 14 gündən 10 günə endirilir.