Britaniyadan ŞOK AÇIQLAMA
Britaniyanın Xarici İşlər Naziri Dominik Raab Talibanı tanımıyacağını, ancaq onlarla əlaqə saxlamaq lazım olduğunu deyib.
3 Sentyabr 2021 13:24 SiyasətBritaniyanın Xarici İşlər Naziri Dominik Raab Talibanı tanımıyacağını, ancaq onlarla əlaqə saxlamaq lazım olduğunu deyib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətərin paytaxtı olan Dohada Qətərli həmkarı ilə görüşən və birgə mətbuat konfransında çıxış edən Dominik Raab Taliban məsələsinə "realist" və "utilitar" yanaşdıqlarını və Talibanı tanımayacaqlarını bildirib.
Onun sözlərinə görə, hər kəs Əfqanıstandakı bu yeni administrasiyanın yeni reallıqlarına uyğunlaşmalı, Talibanla da əlaqələrin qurulmasının lazım olduğunu da bildirib.
Raab həmçinin qeyd edib ki, Həmid Kərzai Beynəlxalq Hava Limanının işlədilməsi Taliban üçün sınaqdır.