Makedoniya ilə əlaqələr müzakirə edilib
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Eren Makedoniyaya səfəri çərçivəsində bu ölkənin siyasi partiya rəhbərləri ilə də görüşlər keçirib.
3 Sentyabr 2021 10:35 SiyasətAvrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Eren Makedoniyaya səfəri çərçivəsində bu ölkənin siyasi partiya rəhbərləri ilə də görüşlər keçirib.
"OLAYLAR" xəbər verir ki, Hikmət Eren Makedoniyanın Türk Hərəkat Partiyasının (THP) sədri və millət vəkili Enes İbrahimlə bir araya gəlib.
Türk Hərəkat Partiyasının mərkəzi ofisində baş tutan görüşdə Makedoniya Türk siyasətinin mövcud vəziyyəti, eləcə də Türkiyə ilə Makedoniya arasındakı əlaqələr, bu əlaqələri inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31