Türkiyə topçularından sərrast zərbə: Doqquz terrorçu zərərsizləşdirildi

Türkiyə topçularından sərrast zərbə: Doqquz terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri "Barış Pınarı" əməliyyatı bölgəsində terrorçulara zərbə endirib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə ordusuna atəş açan terrorçulara topçular cavab verib. Atəş açan PKK-YPG terrorçularının mövqeləri dəqiq artilleriya atəşi ilə vurulub.

İlkin məlumata görə, zərbə nəticəsində ən azı doqquz terrorçu məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31