İşğal altında qalan ərazilərdə 4498 km avtomobil yolu tamamilə dağıldılıb

“Vətən müharibəsində əldə etdiyimiz zəfərdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə infrastrukturun, xüsusən də nəqliyyat şəbəkəsinin qurulmasına başlanıldı. Kifayət qədər intensiv həyata keçirilən infrastruktur işləri artıq bir sıra strateji nəqliyyat layihələrinin yaxın zamanlarda istifadəyə verilməsini mümkün edəcək”.

"Vətən müharibəsində əldə etdiyimiz zəfərdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə infrastrukturun, xüsusən də nəqliyyat şəbəkəsinin qurulmasına başlanıldı. Kifayət qədər intensiv həyata keçirilən infrastruktur işləri artıq bir sıra strateji nəqliyyat layihələrinin yaxın zamanlarda istifadəyə verilməsini mümkün edəcək". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, 101 km uzunluğu olan Zəfər Yolunda işlər sürətlə davam etdirilir. Artıq xeyili zamandır ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həmin yol ilə səfərlər təşkil edilir. Yaxın gələcəkdə istifadə veriləcəyi gözlənilən 124 km-ə yaxın uzunluğu olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu Zəngəzur Dəhlizinə müasir strandartlara uyğun avtomobil yolu ilə çixiş imkanı demək olacaq: "Azərbaycanda hazırda avtomobil yollarının uzuluğu 19 min 228 km-dir. Onlardan 7 min km-ə yaxını asfalt yollardır. Respublika əhəmiyyətli yolların uzunluğu 4577 km və bu yolların 94 faizi asfalt-beton örtüklü yollardır. Uzun müddət işğal altında qalan ərazilərimizdə isə 4498 km avtomobil yolu, demək olar, tamamilə dağıldılmışdır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq müasir nəqliyyat infrastrukturu formalaşdırılır. Bu infrastuktur həmin ərazilərimizin iqtisadi potensialının daha tez reallaşmasına və məskunlaşma prosesinin intensivləşməsinə xüsusi töhvə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31