Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı
Bir neçə gün öncə Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin həyatında əlamətdar hadisə kimi qeyd olunur.
2 Sentyabr 2021 12:43 SiyasətBir neçə gün öncə Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin həyatında əlamətdar hadisə kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açlış mərasimindəkı çıxışında bir çox mühüm hadisələri qeyd etdi. Bildirdi ki, 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsi açılmışdı. Erməni vadalizminin nəticəsində dağıdılmış məqbərə Heydər Əliyev Fondu tərəfindən qısa müddət ərzində bərpa olunmuşdur. Vaqif Poeziya Günləri də , "Xarıbülbül" festivalı da bərpa edildi. Şuşanın bərpası bu il yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görülmüşdür. Zəfər yolu artıq inkişafın və azad olmuş torpaqlara yeni həyatın qaytarılmasının rəmzinə çevrilib. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Şuşanın elektrik təsərrüfatı, Şuşaya suyun verilməsi bərpa edildi, tarixi abidələrin bərpasına start verilmişdir. Üç məsciddə təmir-bərpa işləri davam edir. Ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın dahi şəxsiyyətlərinin- Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulmuşdur. "Qarabağ" hoteli əsaslı təmirdən sonra istifadəyə verildi. Yeni yaşayış kompleksinin təməli qoyulmuşdur. Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, Cənab Prezident İlham Əliyev şıxışında qeyd etmişdir ki, 30 ilə yaxın davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, ikinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç bir vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi: "44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, torpaqlarımız azad olundu. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və Azərbaycan yenidən nəfəs almağa başladı. Dözüm, səbir, ədalətə inam öz Prezidentinə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış siyasət, 44 gün davam edən Vətən müharibəsində Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm işğaldan azad olmuş ərazilərində, həm də bütünlükdə ölkə üzrə hərtərəfli sürətli inkişafa nail olmaq üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin".
Milli Məclisin deputatı Əliabbas Salahzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edərək avqustun 29-da dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfərlərini mühüm hadisə kimi dəyərləndirib: "Ölkə Prezidentinin Şuşada Vaqif Poeziya Günlərinin açılışındakı çıxışında qeyd etdiyi kimi, işğal dövründə həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı fikirləşirdi ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq lazımdır. Ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək, fədakarlıq göstərmək lazımdır. Bəli, ədalət bərpa edildi, bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq. Vətən müharibəsi 30 ilin işğalına son qoymaqla yanaşı, dünyaya ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu çatdırdı. Baxmayaraq ki, bu müddətdə ədalətin mövcudluğu sual doğurur, Ermənistan himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparmaqla vaxt qazanırdı. Azərbaycan dövləti mövqeyində dəyişməz olduğunu bəyan edərək hec zaman işğalla barışmayacağını, sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızı müharibə yolu ilə azad edəcəyini bəyan edirdi. Möhkəm hüquqi baza bu bəyanatı səsləndirməyə əsas verir, həmçinin 44 günlük Vətən müharibəsini şərtləndirdi". Əliabbas Salahzadə qeyd edib ki, ölkə Prezidentinin vurğuladığı kimi Şuşa bizi gözləyirdi və biz gəldik: "Son 18 il ərazi bütövlüyümüzün bərpa olunmasına hazırlıq dövrü kimi xarakterizə edilir. Azərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, təcrübəsi ilə nümunə oldu. Ordu quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması görülən işlərin nəticəsidir. Xalqımızda torpaq, Vətən sevgisi işğal altında olan torpaqlarımızı azad etməyə çağırışlar edirdi. Nəhayət, 27 sentyabr 2020-ci il xalqımızın səbrinin tükəndiyi, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevdən "hücum" əmrini aldığı gün kimi taixə yazıldı. Cənab İlham Əliyevin qeyd olunan tədbirdə çıxışı 30 il işğal dövrünün və Vətən müharibəsinin bir daha mənzərəsini təqdim etdi".
Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimiz hec zaman unudulmayacaq bir hadisədir: " İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada bərpa və quruculuq işləri həyata keçirilir. Şuşanın beynəlxalq standartlara uyğun bərpası ilk gündən qarşıya mühüm vəzifə kim qoyulub. Avqustun 29-da dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşanın baş planı təqdim edildi. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Baş plana uyğun yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək". "Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həmçinin "Xarıbülbül" musiqi festivalının, Vaqif Poeziya Günlərinin ənənəsinin yenidən bərpası Azərbaycan xalqının zəngin mədəniyyətinin, tarixinin təqdimatıdır" söyləyən Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin noyabrın 8-də Şuşanın işğldan azad edilməsi müjdəsini xalqa çatdırarkən səsləndirdiyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" fikirləri artıq reallıqdır: "Şuşanın bərpasına bu ilin yanvarın 14-də start verilsə də görülən işlərin miqyasının böyüklüyü, eyni zamanda, bu reallığı da təsdiqləyir ki, necə ki qısa zamanda birliymiz, həmrəyliyimiz sayəsində torpaqlarımızı işğaldan azad etdik, elə də bu ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirəcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Qarabağ cənnət məkana çevriləcək. Qalib Azərbaycanın qalib Liderinin Şuşaya davamlı səfərləri, hər səfərin tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qalması hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır".
Zəka