“Buna da bir quş”
Politoloq: “Ararat Mirzoyan ilk səfəri ilə diplomatik sahədə çox zəif fiqur olduğunu nümayiş etdirdi”
2 Sentyabr 2021 11:20 SiyasətPolitoloq: "Ararat Mirzoyan ilk səfəri ilə diplomatik sahədə çox zəif fiqur olduğunu nümayiş etdirdi"
Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub. Bu gözlənilən idi. Çünki Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın Moskvaya səfəri və orada aparılan danışıqlar barəsində ilk mənbədən məlumat almaq və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və onun Ermənistandan olan tərəfmüqabilinin bəyanatlarına aydınlıq gətirmək üçün ikitərəfi təmasa zərurəti yaranmışdı". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bu təmas iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində həyata keçirildi: "Bu da ortalıqda Azərbaycanı narahat edən ciddi məsələlərin mövcud olmamamsından xəbər verir. Daha ciddi məsələlər mövcud olsaydı, daha yüksək səviyyədə, Bayramov-Lavrov səviyyəsində, müzakirə olunardı. Bu həm də Ararat Mirzoyanın ilk səfərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməməsi anlamına gəlir. Ararat Mirzoyan isə elə ilk səfəri ilə diplomatik sahədə çox zəif fiqur olduğunu nümayiş etdirdi. Onun rusca "tirajlama" sözünü tələffüz edə bilməyib erməni dilində deməsi lap komediya filmini xatırlatdı. Burada Azərbaycafilmin istehsalı olan çox məşhur film personajlarından birinin atalar sözünə çevrilmiş bir ifadəsi yada düşür: "Buna da bir quş."