Bayden-Zelenski görüşünün zəif həlqəsi
ABŞ Ukraynaya nə vəd edib?
2 Sentyabr 2021 10:46 SiyasətABŞ Ukraynaya nə vəd edib?
Ukrayna prezidenti Valdimir Zelenski ilə Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden arasında Baydenin prezidentlik səlahiyyətlərini icra etməyə başladıqdan bəri keçirilməsi planlaşdırılan amma dəfələrlə təxirə salınan, vaxtı dəyişdirilən görüş nəhayət ki, baş tutdu. Əfqanıstanda baş verən və Amerika siyasətinin qara səhifəsi kimi qiymətləndirilən Taliban hadisələrindən sonra Bayden Zelenski ilə görüşməyə heç də ciddi həvəs göstərmir və növbəti dəfə görüşü təxirə salmaq üçün səbəblər axtarırdı. Lakin ətrafındakıların bu dəfə də görüşün uzadılmasını Bayden və Amerika hakimiyyəti üçün növbəti şok olacağı barədə xəbərdarlığı Prezidenti Ukrayna məsələsində olumlu qərar qəbul etməyə məcbur etdi. Politoloq Əlimusa İbrahimov bildirib ki, Amerikada eyni zamanda, Ukrayna Prezidenti ilə görüşü Əfqanıstanda aldıqları zərbəni bir qədər yumşaltmağa xidmət edəcəyinə ümid edirdilər. Görüş isə sensasiyasız bitdi: "Hətta o qədər sensasiyasız ki, prezidentlər mətbuat qarşısına çıxıb jurnalistlərə müzakirə edilərək razılaşdırılan məsələlər haqqında söhbət açmağa söz tapmadılar. Onsuz Baydenin son dövrlər jurnalistlərlə bəxti heç gətirmir. İştirak etdiyi mətbuat konfransının hansı mövzuya həsr olunmasından asılı olmayaraq nəticədə Taliban məsələsi ortaya gəlir və bu kəlməni eşidən kimi Bayden söhbəti kəsib otağı tərk etmək üçün qapı axtarır. Bayden-Zelenski görüşü haqqında Amerika tərəfindən ətraflı məlumat yoxdur. Görüşün planlaşdırıldığı qaydada keçirildiyi, öncədən nəzərdə tutulan və artıq mətbuata bildirilən məsələlərin müzakirə edildiyi bildirilir. Bu məsələlərə " Şimal axını-2", Ukraynanın enerji təhlükəsizliyinə zəmanət məsələsi, NATO-ya üzvlük, Donbassda vəziyyətin müzakirəsi daxil idi. Baydendən fərqli olaraq Ukrayna Prezidenti Zelenskinin görüş haqqında fikirləri çox yüksəkdir. Onun dediyinə görə Amerika tərəfinin Ukrayna nümayəndə heyətinin tərkibinə narazılığı olmayıb. Danışıqları Zelenski "normal kişi söhbəti" söhbəti adlandırıb. Onun fikrincə, görüşün planlaşdırıldığından artıq- 2 saat -davam etməsi tərəflərin dioloq və müzakirələrə maraq göstərdiyinin sübutudur. Zelenski ABŞ tərəfindən Ukraynaya, şəxsən ona və komandasına heç bir mənfi münasibətin mövcud olduğunu hiss etməyib. "Ukrayna-24" kanalına görüş haqqında məlumat verən Zelenski müzakirə masasına çıxarılan məsələlər haqqında danışıb. O, Baydenin Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi yanaşdığını vurğulayıb. Bayden Ukraynanın enerji təminatına təhlükə yaranarsa Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə başlanacağına zəmanət verib. Rusiyaa qarşı tətbiq edilə biləcək sanksiyalara zəmanət Zelenski tərəfindən Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsinə verilən zəmanət kimi qiymətləndirilir. Ukraynanın NATO-ya daxil olması məsələlsində də Baydenin yardım edəcəyinə söz verməsi Zelenski tərəfindən görüşün müsbət nəticəsi kimi qiymətləndirilib. Zelenski Baydenə əvvəllər Ukraynanın təqdim etmədiyi sübutları təqdim etdiyini bildirib. Amma bu sübutların hansı məsələləri əhatə etdiyini vurğulamayıb. Sadəcə onların ölkənin müdafiəsi məsələsi ilə bağlı olduğunu bildirib".
Onun sözlərinə görə, iki prezident arasında görüşün zəif həlqəsinin Amerikanın Ukrayna iqtisadiyyatına yardımı və Amerikanın Ukraynaya investisiyası məsələsi olduğu diqqəti cəlb edir. Elə görüşün gedişində müxtəlif məqsədlərlə Amerika tərəfindən 600 milyon dollara yaxın yardım ediləcəyi elan olunub. Zelenskinin gözlədiyi məbləğ təqdim olunandan çox-çox yuxarı idi və Amerika yardımda bulunduğu müttəfiqləri ilə münasibətdə heç vaxt bu qədər xəsis olmamışdı: "Amerika və Ukrayna prezidentləri arasında baş tutan görüşün tərəfləri qane etməsi artıq mübahisəli məsələyə çevrildi. Baxmayaraq ki, hər iki tərəf bu görüşdən razı qaldıqları barədə işarələr verməyə çalışır. Hər halda Zelenski daha böyük ümidlərin ardınca Amerikaya yollanmışdı. Amerika - Ukrayna sammitinin yaxın gələcəkdə beynəlxalq münasibətlərdə oynayacağı rol haqqında fikir bildirmək hələ tez olsa da, görünən budur ki, bu sammitin nəticələrindən ən çox razı qalan ölkə Rusiyadır. Amerikanın beynəlxalq arenada getdikcə zəifləməsi və bu zəifləmənin Bayden siyasəti nəticəsində daha da sürətlənməsi Rusiyanın beynəlxalq aləmdə nüfuzunun ardıcıl arrtdığının sübutudur. Bayden ard-arda düzəlməsi üçün Amerikanın uzun müddət mübarizə aparacağı səhvlər edir. Təbii ki, Rusiya bu səhvlərdən özünün və münafiqlərinin mənafeyini gücləndirmək məqsədilə istifadə edir".
Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirəyə çıxarılan məsələlərdən biri də Rusiyanın əsir götürdüyü Ukrayna vətəndaşlarının azad olunması məsələsidir. Zelenskinin Baydenə təqdim etdiyi siyahidə 450 Ukrayna vətəndaşının mövcud olduğu bildirilir. Bu əsirlər Rusiya ilə Ukrayna arasında baş vermiş münaqişə nəticəsində Rusiya tərəfinin əsir götürdüyü Ukrayna vətəndaşlarıdır. Deməli bunlar hərbi əsirlər kateqoriyasına daxildir və Rusiya beynəlxalq hüquq normalarına uyğun olaraq bu əsirləri dərhal azad etməlidir. Amma azad etmir. Əvəzində Rusiya Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanlı həmkarı ilə gərüşdə bəyan edir ki, biz Azərbaycanı 50-60 nəfər erməni vətəndaşını azad etməyə çağırırıq. Lavrovun qeyd etdiyi bu "Erməni vətəndaşları" müharibə bitdikdən sonra Azərbaycan ərazisində terror hərəkətləri törətməkdə günahkar bilinərək ordumuz tərəfindən saxlanılıb və hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Özü qonşu vətəndaşlarını əsir götürüb saxlayan bir ölkənin başqa ölkələr arsında münaqişədə əsir düşənlərin qaytarılması üçün vasitəçilik etməsinin məntiqə nə qədər uyğun olduğunu başa düşmək çətindir. Lavrov Ukrayna vətəndaşlarını azad etdikdən sonra ermənistan terrorçularının taleyi üçün narahat olsaydı daha məntiqli olmazdımı? Burad deyirlər: "Öz gözündə tiri görməyən...."
Alim