Taliban içdən ÇÜRÜYƏCƏK

Taliban daxilindəki bir sıra liderlər arasında mübarizə başlayıb.

Taliban daxilindəki bir sıra liderlər arasında mübarizə başlayıb.

Olaylar.az xəbər verir ki, bu məlumatı "Hindustan Tayms" qəzeti yayıb.

Taliban nümayəndələri Əfqanıstanın gələcək hökumətində daha çox təsirə sahib olmaq istəyirlər.

Qəzet əsas rəqabətin Hakkani şəbəkəsinin rəhbərləri ilə Talibanın eks-lideri Molla Ömərin oğlu Məhəmməd Yaqub arasında aparıldığını bildirib. Molla Yaqubun Qəndaharı, Hakkani şəbəkəsinin Kabili nəzarətdə saxladığı vurğulanıb. Bununla belə Qəndahardakı qüvvələrin əfqanyönlü, Hakkani şəbəkəsinin isə pakistanyönlü siyasət yürütdüyü qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31