Bu xəmirin hələ çox su aparmasını istəyirlər!- Elman Vəliyev

Rusiya bir daha bildirdi ki, Minsk qrupuna ehtiyac yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Ararat Mirzoyanla görüş zamanı söylədi ki, 3 tərəfli bəyanata yenidən baxılması deyil icrası əsasdır. Yəni Rusiyanın digər qüvvələrə imkan verməyəcəyini diplomatik dillə demiş oldu.

Rusiya bir daha bildirdi ki, Minsk qrupuna ehtiyac yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Ararat Mirzoyanla görüş zamanı söylədi ki, 3 tərəfli bəyanata yenidən baxılması deyil icrası əsasdır. Yəni Rusiyanın digər qüvvələrə imkan verməyəcəyini diplomatik dillə demiş oldu.

Olaylar.az xəbər verir ki, bu barədə siyasi ekspert Elman Vəliyev öz facebook hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, "Mirzoyanın Moskvada "qondarma respublikanın" müqəddəratının həll edilməsini dilə gətirməsi önəmli məsələdir. Ancaq Lavrov bu məsələni dilə gətirmədi, çünki aydındır ki, əgər bunu dilə gətirsə Azərbaycan tərəfinin hiddətinə səbəb olacaq və vəziyyət gərginləşməyə doğru gedəcək. Lavrov əsirlərin qaytarılması və mina xəritələrin geri verilməsinə toxundu. Mühüm məqam Lavrovun Azərbaycanda saxlanılan erməni diversantlarının 9 Noyabr atəşkəs bəyanatından sonra saxlanılmasını deməsidir. Bunu deməklə, atəşkəsi pozan tərəfin, sülhə destruktiv yanaşan, yenə propaqandalar etməyə səy göstərən tərəfin(Ermənistanın) kim olduğunu aşkar bildirmiş oldu.

Ermənistan tərəfi qondarma respublikanın statusu ilə bağlı məsələsinin həll edilmədən sülh sazişi imzalamaqdan boyun qaçırmağa çalışacaq! Ancaq zənn edirəm ki, bu məsələ bir xeyli müddət qapalı qutuda qalacaq. Azərbaycan tərəfinin mövqeyi bəllidir-status yoxdur!

Ehtimal edirəm ki, ilk öncə kommunikasiyaların açılması təmin ediləcək! Azərbaycan digər şərtlərinin də yerinə yetirilməsini təmin etməyə çalışacaq. Bunun bir neçə yolla həyata keçirdə biləcək(necə ki, Gorus-Qafan yolunu bağlayaraq Ermənistan çətin sitüasiya qarşısında qoydu, bu tipli üsullar çoxdur).

Əlavə olaraq qeyd edib ki, digər bir məqama toxunmaq lazımdır. Bu gün qondarma respublikada bilik günü ilə əlaqədar Rus sülhməramlıları bölgədə sabitliyi bərqərar etdiyini bildirdi. Və son 1,2 gündür atəşkəs rejimi əvvəlki vaxtlara nisbətən az pozulub. Deməli, burdan aydın olur ki, sülhməramlılar istəsə, atəşkəsi qoruya bilərlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31