Separatçıların “müstəqillik günü”nə rəsmi Bakının reaksiyası necə ola bilər?

“Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma “müstəqillik günü” qeyd etməyə hazırlaşır."

"Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü" qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası"nda Ermənistandan qonaqların iştirakı da gözlənilir: "Ermənistan" bloku: Armen Rustamyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri Robert Koçaryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olmayacaq; "Şərəfim var" bloku: cəmi bir deputatla - Artur Vanetsyanla (Vətən partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik xidmətinin rəhbəri olub) iştirak edəcək;

Hakim "Mənim addımım" fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir; Ermənistan rəhbərliyindən heç kim qondarma "mərasimə" qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir (sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də Vyanada səfərdə olacaq; prezident Armen Sarkisyan ümumiyyətlə yoxa çıxıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Asif Nərimanlının sözlərinə görə, separatçılar Ermənistan rəhbərliyinin iştirakı üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə bilməyiblər: Nikol anlayır ki, onun Xankəndidə getməsi mümkünsüzdür: "Lakin qondarma "müstəqillik günü"ndə iştirak Ermənistanın daxili siyasi mübarizəsində mübarizənin gündəmini müəyyən edəcək amildir: iştirak etməyənlər ittihamlarla üzləşəcək, bu baxımdan, hər fraksiya hansısa formada təmsil olunmağa çalışacaq. Bütün bunların fonunda Bakının hansı addımı atacağı əsas müzakirə mövzusudur". 

Onun sözlərinə görə, rəsmi Bakı siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə qədər effektli olacağı sual altındadır; Hərbi müstəvidə addımlar ata bilər: müdafiə nazirinin 30 avqustda orduya "Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin" əmri bu ehtimalı önə çıxarır: "Hələki səssizlikdir, lakin nələrinsə edilməsi zərurəti var. Və başqa bir ehtimalı da mümkündür: Bakı qondarma "müstəqillik günündə" susub, ardınca, bunu siyasi və hərbi müstəvidə müdaxilə üçün əsas götürə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31