Lavrovdan sərhədlərimizlə bağlı AÇIQLAMA
“Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur”, - Lavrov qeyd edib.
1 Sentyabr 2021 12:26 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur", - Lavrov qeyd edib.
O qeyd edib ki, Rusiya bölgədəki kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun işindən razıdır:
Əlavə olaraq onu da qeyd edib ki, "Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq".