Bayden-Zelenski görüşü Ukraynaya nə vəd edir?
Ukrayna Prezidenti Vladimiq Zelenskinin Amerika Birləşmiş Ştatlarəının Prezidenti Co Baydenlə uzun müddətdən bəri gözlənilən görüşünə artıq saatlar qalıb. Vladimir Zelenski Vaşinqtona gəlib.
31 Avqust 2021 11:50 SiyasətUkrayna Prezidenti Vladimiq Zelenskinin Amerika Birləşmiş Ştatlarəının Prezidenti Co Baydenlə uzun müddətdən bəri gözlənilən görüşünə artıq saatlar qalıb. Vladimir Zelenski Vaşinqtona gəlib. Zelenski və Bayden Ağ Evdə sentyabrın 1-də görüşəcəklər. " Qarşıda Amerika -Ukrayna strateji əməkdaşlığının zəruri məsələlərinin müzakirəsi gözlənilir. İnanırıam ki, görüşümüz məzmunlu olacaq"- deyə Ukrayna Prezidenti bildirib. Politoloqlar arasında Amerika - Ukrayna sammitindən Ukrayna üçün müsbət nəticələr olacağını proqnozlaşdıranlar yetərincədir. Elə bu görüşə pessimist yanaşanlar da.
Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, bu görüşün Ukrayna üçün tale yüklü olacağını bildirənlər Zelenski hökumətinin Rusiya qarşısında təkbaşına bundan sonra da mübarizə apara biləcəyinin mümkün olmayacağına inanır və vəziyyətin köklü şəkildə dəyişdirilməsi üçün ciddi dəstəyə ehtiyac olduöunu vurğulayırlar: "Ukrayna- Rusiya qarşıdurmasının birincinin üstünlüyü ilə nəticələnməsi üçün ABŞ yardım etməlidir. Əks halda Amerika Ukrayna ilə də vidalaşmalı olacaq, Əfqanıstanla vidalaşdığı kim. Amma bu vidalaşma Amerika üçün Əfqanıstanın vurduğu zərbədən 10 dəfə artıq zərbə vura bilər. Bunu Ağ Evdə başa düşməmiş deyillər. Amerikanın və eləcə də Baydenin bu gün Əfqanıstan uğursuzluğunu ört-basdır edəcək ciddi siyasi addımlar atmağa ehtiyacı var. Bayden-Zelenski sammiti Amerika prezidentinin getdikcə uçuruma yuvarlanan reytinqini tarazlaya və əksinə düşmə sürətini artıra bilər. Bəzi politoloqlar isə Bayden hökumətinin son zamanlar bəslənilən ümidlərin heç birini doğrultmadığını əsas gətirərək Bayden-Zelenski görüşündən də müsbət nəticə gözləmirlər. Pessimistlər Bayden-Putin, Ərdoğan - Bayden görüşünün nəticələrini, daha doğrusu ciddi nəticə verməməsini arqument kimi ortalığa atırlar. Digər tərəfdən bəzi siyasətçilər Amerikanın yeni Prezidenti Co Baydenin Amerikanın beynəlxalq nüfuzunun artırılmasına xidmət edəcək strateji qərarların qəbul edilməsində qətiyyətsiz olduğunu vurğulayır və Əfqanısatn epopeyasını gündəliyə daşıyırlar".
Onun sözlərinə görə, Zelenski çox böyük nümayəndə heyəti ilə görüşə gəlib: "Amerika-Ukrayna münasibətlərini əsas sahələrini əhatə edən nazirliklərin nümayəndələri buradadır. Ukrayna Prezidenti və Birinci xanımının media nümayəndələri üçün iki rəsmi təqdimatı nəzərdə tutulub. Ukrayna Prezidenti tərəfindən verilən bəyanata görə müzakirə olunacaq məsələlər içində " Şimal axını-2", Donbassda münaqişənin nizamlanması, ABŞ-ın hərbi yardımı, iqtisadi və investisiya məsələlərinin olacağı gözlənilir. Ağ Ev nümayəndəsi Cen Psaki brifinq zamanı bildirib ki, iki prezident Krımda və Donbassda vəziyyəti , Vaşinqton və Kiyevin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığını, reformaları və korrupsiyaya qarşı mübarizəni müzakirə edəcəklər".