Ermənistan böhranın EŞİYİNDƏDİR-AÇIQLAMA

"Ermənistanın dövlət borcu ötən ilin ilk 7 ayı ərzində 1 milyard dollar artıb".

"Ermənistanın dövlət borcu ötən ilin ilk 7 ayı ərzində 1 milyard dollar artıb".

Ermənistanın tanınmış siyasi ekspertlərindən olan Qagik Qambaryan belə deyib.

Onun sözlərinə görə, ötən ilin iyulun 31-nə olan məlumata əsasən Ermənistanın ümumi xarici dövlət borcu 8,973 milyard dollar təşkil edirdi.

2008-ci ildə bu rəqəm 6,7 milyard dollar idi.

Hazırda isə Ermənistanın ümumi xarici dövlət borcu 9,5 milyard dolları keçib.

Ölkə iqtisadiyyatı çox ağır vəziyyətdə olduğundan, Ermənistanda iqtisadi fəallıq göstəricisi cəmi 5,2 faiz təşkil edib.

Halbuki Ermənistanın baş naziri Nikol Paşinyanın dediyinə görə, bu ilin ikinci rubundə ölkənin iqtisadi fəallıq səviyyəsi 13,1 faizə bərabər olub.

Lakin belə bəyanatlar saxta statistik məlumatlarla oyunbazlıq etməklə yanaşı, real vəziyyəti gizlətmək cəhdidir. Çünki elə bu ilin ilk rübündə Ermənistanda iqtisadi fəallıq səviyyəsi 4,9 faizi keçməyib.

Avqustun 23-də Beynəlxalq Valyuta fondu Ermənistana 175 milyon dollar kredit vermək barədə qərar qəbul edib.

Ermənilərin dövlət borcunun artmasının əsas səbəbləri ölkənin 2020-ci ildəki fəlakətli iqtisadi böhranın fəsadlarından hələ də qurtula bilməməsi, 44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğraması və iflic durumda olan iqtisadiyyatın stimullaşdırılması üçün külli miqdarda əlavə vəsaitə ehtiyac duymasıdır.

Təbii, dünyada dövlət borcu olmayan ölkə yoxdur və bu, faciə deyil. Lakin əsl fəlakət bu borcun məbləği ilə həcminin sürətlə artması, ölkənin əldə etdiyi maliyyə vəsaitlərindən normal və effektiv istifadə etməməsidir.

Ermənistanda dövlət idarəetməsinin yarıtmazlığı, total korrupsiya və rüşvətxorluq, önəmli vəzifələrə diletantların təyin edilməsi, ölkə iqtisadiyyatının ən önəmli sahələrinin Rusiyanın əlində olması, kriminal oliqopoliyanın daha da güclənməsi və s. nəticəsində bu ölkənin hər vətəndaşının payına 3080 dollarlıq dövlət borcu düşür.

Sözügedən borcun ödənməsi üçünsə Ermənistanda hazırda heç bir əlverişli şərait və müvafiq şərtlər yoxdur.

Paşinyan iqtidarı isə yalan danışmağa davam edir.

Belə ki, rəsmi İrəvanın bəyantlarına görə, ilin əvvəlindən bəri vergi ödəmələri şəklində dövlət büdcəsinə daxil olan vəsait nəzərdə tutulan məbləğdən 52,5 milyard dram və ya 7,5 faiz artıq olub.

İlk baxışdan "uğur"dur. Reallıqda isə statistik göstərici bilavasitə ölkədəki bahalaşma və inflyasiya nəticəsində yığılan vergilərin məbləğinin artması, eyni zamanda hökumətin dövlət borcunu sürətlə artırması hesabına əldə olunub.

İndi Ermənistanın xarici dövlət borcu ümumdaxili məhsulun (UDM) 76 faizini təşkil edir. Halbuki elə həmin saxta stistiskaya görə, iki il əvvəl, 2019-cu ildə bu rəqəm 53,5 aiz idi.

Bəlli: dövlət borcu ÜDM-in 60 faizdən artığını təşkil edirsə, ölkənin ortamüddətli perspektivdə iqtisadi inkişafı sadəcə, mümkün deyil.

Ermənistanda olduğu kimi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31