Elman Nəsirov: “Düşmən tərəf papağını qarşısına qoyub düşünsün ki, Azərbaycanla yalnız əməkdaşlıq yolu ilə regiona sabitlik gələ bilər. Əks təqdirdə isə “dəmir yumruq” yerindədir”
29 Avqust 2021 17:30 SiyasətPrezident İlham Əliyevin 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı ilə əlaqədar səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib..
Millət vəkili Elman Nəsirov Olaylar.az saytına bildirib ki, İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Bu ali məqsəddir. Həmin məqsədə çatmaq üçün dövlətin bütün resursları səfərbər olunub. Azərbaycan dövləti sosial yönümlü dövlətdir və təsadüfi deyil ki, hər il ölkə büdcəsindən ən böyük vəsait bu məqsəd üçün ayrılır. 2021- ci ilin büdcəsinə nəzər saldıqda isə təxminən 39%-i sosial yönümlü xərclər təşkil edir. Dövlətimizin sosial siyasətində heç şübhəsiz ki, xüsusi kateqoriyadan, həssas kateqoriyadan olan insanlara diqqət və qayğı daha böyük çəkiyə malikdir. Bu baxımdan şəhid ailələrinə, müharibə əlillərinə, vətən müharibəsi qəhrəmanları və onların ailələrinə göstərilən diqqət, xüsusi məna və əhəmiyyət kəsb edir. Buna misal olaraq Prezident İlham Əliyevin Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirakı və orada səsləndirdiyi fikirlər də dediklərimizi bir daha təsdiqləyir. Məhz cənab prezidentin müəyyən etdiyi kursa uyğun olaraq, bu kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşılır və Abşeron rayonunda da növbəti dəfə belə 300 məhz haqqında bəhs olunan xüsusi, həssas kateqoriyadan olan insanlara verildi. Eyni zamanda daha 50 müharibə əlili avtomobillə təmin olundu. Artıq 1997-ci ildən ta 2021-ci ilə qədər 10 min 500 bu kateqoriyadan ibarət olan ailələr mənzillər ilə təmin olunub."
Millət vəkili həmçinin onu da qeyd edib ki, "2021-2025- çi illər üçün isə dövlət proqramı müəyyən edilib, həmin proqram çərçivəsində 11 min mənzilin məhz şəhid ailələrinə, müharibə əlillərinə, vətən müharibəsi qəhrəmanlarına təqdim edilməsi nəzərdə tutulur. O ki qaldı, müharibə əlillərinə avtomobillərin verilməsi məsələsinə, bu sahədə də çox ciddi addımlar atılıb, indiyə qədər 7 min 200 avtomobil verilib . Bu görüş çərçivəsində də daha 50 avtomobil öz ünvanına çatdı. Yəni müharibə əlillərinə verildi. İl ərzində 160 avtomobilin verilməsi planlaşdırılır. Bütün bunlar bunu bir daha təsdiqləyir ki, Azərbaycan dövləti öz xüsusi həssas kateqoriyadan olan insanlara çox böyük diqqət ayırır. Məhz həmin insanların rəşadəti və qəhrəmanlığı sayəsində bu gün ərazi bütövlüyümüz təmin edilib . Azərbaycan bu günə nəzər saldıqda görürük ki, çox böyük bir hədəflər müəyyən edib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində çox ciddi işlər həyata keçirilir. Bunu bütün dünya görür. Həmçinin Ermənistanda görür. Görür ki Qarabağ artıq bir cənnət diyarına çevrilməkdədir. Burada Azərbaycanın siyasi iradəsi ortadadır.Xalqin həmin siyasəti bir mənalı dəstəkləməsi göz qarşısındadır. Nəticələrdə göz qarşısındadır. Düşmən tərəf papağını qarşısına qoyub düşünsün ki, Azərbaycanla yalnız əməkdaşlıq yolu ilə regiona sabitlik gələ bilər. Əks təqdirdə isə "dəmir yumruq" yerindədir. Azərbaycan öz bərpasını həyata keçirəcək, Qarabağı cənnətə çevirəcək, eyni zamanda da bu ərazilərin təhlükəsizliyi naminə bütün addımları atacaq və artmaqdadır.
Yeri gəlmişkən onuda qeyd edim ki, Ermənistan da cənab prezidentin də qeyd etdiyi kimi 7- 8 min itki verib. Rəqəmləri kiçiltsələr belə bu reallıqdır. Ermənistan da heç bir müharibə dövründə öldürülmüş və yaxudda ki, yaralanmış ,əlil olmuş şəxslərə və onların ailələrinə heç bir diqqət və qayğıdan söhbət gedə bilməz. Heç bir mənzildə və avtomobildə verilməyib. Reallıqlar göz qarşısındadır."