ABŞ hərbi bazasına HÜCUM

İraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

İraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.

Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.

Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31